Sirmiya

İmperator sarayının qalıqları
Roma Pannoniyasının xəritəsi
Sirmiyadakı imperator sarayının qalıqları

Sirmiya (yun. Σίρμιο; lat. Sirmium), tetrarxiya dövründə imperator Qaleriyin rezidensiyası kimi çıxış edən Roma Pannoniyasında (indiki Serbiya) şəhər. Son antik dövrdə şəhərin əhəmiyyəti o dərəcə yüksək idi ki, Ammian Marsellin şəhəri "şəhərlərin əzəmətli anası" adlandırmışdı. Hal-hazırda şəhərin müasir ərazisində Sremska Mitroviça şəhəri yerləşir. Sirmiyadan həmçinin tarixi Srem oblastının da adı törəyib.

I əsrdə romalıların gəlişinə qədər Sirmiyanın yerində illiriyalıların yaşayış məskəni var idi. Prinsipiat dövründə şəhər, daklar və germanlara qarşı hərbi hücumlar üçün tramplin kimi xidmət edirdi. Mark Avreli vaxtının böyük hissəsini burada keçirirdi. Sirmiyada doğulmuş və ya böyümüş şəxslər arasında bir sıra imperatorlar da var: Herenniy Etrusk, Hostilian, Desiy, II Klavdiy, Kvintill, Avrelian, Prob, Maksimian, I Konstansiy və Qrasian.

375-ci ildə imperator Valentian öz iqamətgaını Sirmiyaya köçürmüşdü[1]. Böyük Feodosiy Sirmiyanın imperatoru elan edilmişdi. IV-V əsrlərdə şəhərdə beş kilsə yaradıldı, həmçinin müqəddəs Sirmiyalı İriney və Nümunəçi Anastasiya da burada zahidlik etmişdilər. Roma imperiyasının süqutundan sonra Sirmiyada gepidlərin kralları sikkə zərb edirdilər. 870-ci ildə Sirmiyanın arxiepiskop kafedrasına Solunlu Mefodiy rəhbərlik etməyə başlamışdı.

İmperator I Leopold Sirmiyadakı imperator sarayının qalıqlarının idarəsini Papa XI İnnokentinin Odeskalklar nəslindən olan bacısıoğluna vermişdi. Həmin dövrdən bu nəslin başçısı Sirmio hersoqu (Duca di Sirmio) titulunu daşıyır.

  1. "Войны древнего Рима: Расцвет и закат Римской империи (Шустов В. Е.)". 2017-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.

Developed by StudentB